Kanal 13-ün apellyasiya şikayəti təmin edilməyib

Kanal 13-ün apellyasiya şikayəti təmin edilməyib
14 İyun 2017
Mətni dəyiş
İyunun 14-də Bakı Apellyasiya Məhkəməsi Kanal13 internet televiziyasının Bakının Nərimanov rayonunda yerləşən ofisində axtarış ve götürməyə dair Nərimanov rayon Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qərarından verilmiş şikayətə baxıb.
Məhkəmə şikayəti təmin etməyib. Bu barədə vəkil Cavad Cavadov facebook səhifəsində yazıb.
“Məhkəmənin qərarı ilə aparılan istintaq hərəkəti nəticəsində faktiki televiziya kanalının fəaliyyət dayanıb. Çünki televiziyanın bütün avadanlığı istintaq tərfəindən götürülüb”, vəkil qeyd edib.
"Kanal-13" internet televiziyasının icraçı direktoru Əziz Orucov mayın 2-də polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə bir ay meddətinə inzibati qaydada həbs edilib. İyunun 2-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi Orucova qarşı Cinayət Məcəlləsinin 192.2.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürüb. Nəsimi rayon Məhkəməsinin qərarına görə, Orucov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ə.Orucov ittihamları qəbul etmir və həbsinin "Kanal-13" internet televiziyasının fəaliyyəti ilə bağlı olduğunu bildirib.
"Kanal 13" internet televiziyası 2008-ci il oktyabrın 10-dan yayımlanır.
"Kanal 13" saytı bildirir ki, özlərini digər efir məkanlarında azad ifadə etməyə imkan tapmayan QHT-lərin, hüquq müdafiəçilərinin, gənclər təşkilatlarının, ictimai birliklərin, digər qurum və təşkilatların nümayəndələrinə söz demək, həmçinin irqindən, dilindən, dinindən, cinsindən, milliyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər efir imkanı yaradır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun