Jurnalistin şikayətinə baxılacaq

Jurnalistin şikayətinə baxılacaq
3 İyun 2017
Mətni dəyiş
İyunun 3-ü saat 12:00-da Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə jurnalist Nicat Əmiraslanovun apellyasiya şikayətinə baxılacaq.
Abzas.net xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. Vəkil bildirib ki, jurnalistin İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə Qazax rayon məhkəməsinin 23 may 2017-ci il tarixli qərarından özü şikayət verib.
Xatırladaq ki, Qazax rayonunda yaşayan jurnalist polisə müqavimət göstərməkdə ittiham olunub və mayın 23-də 30 gün müddətinə həbs olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun