"İstərdik ki, Azərbaycan və Polşa arasında birbaşa dəmir yolu xətti çəkilsin"

"İstərdik ki, Azərbaycan və Polşa arasında birbaşa dəmir yolu xətti çəkilsin"
27 İyun 2017
Mətni dəyiş
"Prezident İlham Əliyevi Polşada məmnuniyyətlə salamlayıram. Bu, sırf onunla bağlı deyil ki, o, dövlət başçısıdır. O, həmçinin elə bir insandır ki, Polşa ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir".
Abzas.net xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevlə Varşavada görüşdən sonra Polşa prezidenti Andjey Duda mətbuata bəyanatında deyib.
O, Azərbaycan prezidnetinin Polşaya sonuncu rəsmi səfərinin 9 il əvvəl olduğunu xatırladıb:
"Həmin vaxt prezident İlham Əliyev ölkə başçısı, professor Lex Kaçinski ilə görüşlər keçirdi. Sizin səfəriniz çərçivəsində bu gün biz ölkələrimiz arasında bir çox sənədləri imzaladıq. Hesab edirəm ki, bu sənədlərin məqsədi əməkdaşlığın, xüsusən də iqtisadi, elmi, siyasi əməkdaşlığın genişləndirilməsi deməkdir".
Polşa prezidenti görüşdə bir çox məsələlərə toxunduqlarını bildirib. Deyib ki, Azərbaycan prezidentinin Avropa ilə Asiya arasında iqtisadi baxımdan əlaqələrin gücləndirilməsi barədə fikirlər bildirib.
"Çox istərdik ki, Azərbaycanla Polşa arasında birbaşa dəmir yolu xətti Gürcüstan və Ukrayna ərazilərindən keçərək yaradılsın. Bu, olduqca əhəmiyyətlidir. Çünki bunun sayəsində bizim nəqliyyat dəhlizimiz, əslində, Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsi tam həyata keçirilir. Biz də bu layihənin bir hissəsiyik və bizim, həmçinin Hindistana və İrana çıxışımız təmin olunur", - deyə Polşa prezidenti bildirib.
O, deyib ki, bu perspektiv sayəsində, həmçinin ticari münasibətlər və təmaslar genişlənəcək. Həm Polşa, həm Azərbaycan üçün böyük imkanlar açılacaq:
"Bu səbəbdən iqtisadi münasibətlərimiz ikitərəfli münasibətlərimizin vacib bir hissəsidir. Mən çox şadam ki, bizim Asiya regionu ilə iqtisadi əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı mövqeyimiz üst-üstə düşür. İstərdik ki, bu layihələri həyata keçirək".
Andjey Duda açıqlamasında deyib ki, prezidentlər enerji əməkdaşlığı məsələsinə də toxunublar. O, ümid edir ki, energetika sahəsində də çox sıx əməkdaşlıq qurulacaq. A.Duda bildirib ki, bu ideyalar hələ professor Lex Kaçinski Polşanın prezidenti olduğu vaxtda irəli sürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun