28 İyun 2017
Mətni dəyiş
İran Birləşmiş Ştatları Suriyada durumu qızışdırma təhlükəsiylə bağlı suçlayıb. Daha öncə Vaşinqton xəbərdarlıq etmişdi ki, prezident Bashar al-Assad, ola bilsin, yeni kimyəvi hücuma hazırlaşır və buna görə «ağır bədəl» ödəməli olar.
«ABŞ-ın saxta bəhanəylə Suriyada durumu təhlükəli həddə qızışdırması yalnız «İslam Dövləti» (İŞİD) qruplaşmasına xidmət edər, həm də onun İraq və Suriyadan sıxışdırılıb çıxarıldığı bir məqamda», – İranın xarici işlər naziri Mohammad Javad Zarif iyunun 27-də Twitter-də yazıb.
Azadliq radiosunun məlumatına görə, Fransa prezidenti Emmanuel Macron da ABŞ prezidenti Donald Trump-a qoşularaq deyib ki, Suriyada yeni kimyəvi hücum törədilərsə, buna birgə cavab veriləcək. Prezidentlər iyunun 27-də telefonla danışıblar.
İran Rusiyayla birlikdə Suriya prezidenti Bashar al-Assad-ı dəstəkləyir. Kreml də Vaşinqtonun «qəbuledilməz» təhdidlərini pisləyib.