10 İyun 2017
Mətni dəyiş
Zamin Hacı
Bugünlərdə çeçen idmançı Murad Amriyevin Belarusda həbsi və Rusiyaya qaytarılması haqda beynəlxalq media çox yazdı. Bu adamın Çeçenistandakı Qadırov rejiminin əlinə verilməsinin səbəbi bizə çox tanışdır.
Sən demə Muradın qardaşı bir neçə il qabaq bir çeçen polisin (yüksək rütbəli) qəzəbinə gəlib. Sonra Rusiyadan qaçıb və Almaniyadan sığınacaq alıb. Əli ona çatmayan polis Muradı şərləyib, tutub zindana salıb, işgəncə verib. Deyiblər qardaşın qayıtsın, səni buraxaq. Murad bundan sonra qaçmışdı.
Murad Ədilovun qardaşı Natiq Ədilov da rejimdən qaçıb Fransadan sığınacaq almış müxalifətçi və jurnalistdir. Natiqi tuta bilməyən hakimiyyət qəzəbini onun qardaşından çıxıb. Qisası guya belə alıblar.
Bu detal hər iki Muradı birləşdirir. Sadəcə, Murad Adilov heç yerə qaçmadı, türmədə də eşitdiyimə görə bir çox vədlərə - azadlıq da içində olmaqla - aldanmayıb, qardaşının əleyhinə bir cümlə də ifadə verməyib. Buna görə neçə ildir zindanda əziyyət çəkir, ailəsi də köməksizdir. Özü də müxalifətçiliyə, jurnalistikaya heç aidiyyatı olmayan sadə kəndli, zəhmətkeş bir insandır.
İndicə oxudum ki, çeçen hökuməti söz-söhbətə görə Murad Amriyevi azadlığa buraxıb.
Belə baxanda Ramzan Qadırovun adı çıxıb. Bəziləri sübut etməyə çalışır ki, Qafqazda pisliyin lideri olmağa layiq başqa adamlar da var.
Statusu yazanda heç bilmirdim ki, Murad Ədilovun doğum günüdür. Artıq dünən. gec də olsa təbrik edirəm. Ümid edirəm tezliklə azadlığa çıxıb özü oxuyar.
Yazı müəllifin sosial şəbəkə hesabından götürülüb. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.