10 İyun 2017
Mətni dəyiş
İyunun 9-da axşam Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ölümündən 40 gün ötən bloger Mehman Qələndərovu anım mərasimi keçirib.
İslam üçün xüsusi əhəmiyyət kəsb edən Ramazan ayında Azərbaycan cəmiyyətinin azadlığı uğrunda canından keçən Mehman Qələndərovu yad etməyimiz əlamətdar hadisədir, deyə "Siyasi məhbuslarsız Azərbaycan" ictimai alyansının əlaqələndiricisi Oqtay Gülalıyev bildirib.
O qeyd edib ki, vətəndaş cəmiyyəti Qələndərovun ölümünü əvf etməyəcək və gec və ya tez onun ölümündə təqsiri olanlar cəza çəkəcəklər.
Mehman Qələndərov müxalifət aksiyaların müntəzəm iştirakçısı idi. 2017-ci ilin fevralında həbs olunub. Aprelin 29-da onun istintaq təcridxanasında dünyasını dəyişdiyi məlum olub. Hakimiyyət blogerin intihar etdiyi haqqında versiya irəli sürüb və Azərbaycan CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddə ilə iş açıb. Rəsmi versiyaya görə, Qələndərov saxlandığı kamerada özünü asıb. Amma cəmiyyətdə onun öldürüldüyü haqqında fikir üstünlük təşkil edir. Qələndərovun Penitensiar Xidmət tərəfindən qohumlarının və yaxınlarının iştirakı olmadan dəfn olunması faktı bu versiyanı gücləndirir.