Gürcüstanın eks-spikeri Əfqan Muxtarlı məsələsindən danışıb

Gürcüstanın eks-spikeri Əfqan Muxtarlı məsələsindən danışıb
5 İyun 2017
Mətni dəyiş
Azərbaycanlı jurnalist Əfqan Muxtarlının Gürcüstanda oğurlanması parlamentin keçmiş sədri David Usupashvilinin hökumətə qarşı sərt ittihamına səbəb olub.
Usupashvili Əfqan Muxtarlının oğurlanması məsələsinə münasibət bildirərkən Gürcüstanın Baş nazirinə və nazirlərə bununla bağlı məsləhətini və xahişini çatdıraraq deyib:
“Sizə xahişim və məsləhətim ondan ibarətdir ki, bu məsələ ilə bağlı danışarkən dövlətin nüfuzunu düşünün. Verdiyiniz bəyanatlar və attdığınız addımlar dövləti nüfüzdan salır. Bütün bunlar qara şalvarda ağ deyil, qırmızı yamaqdır”.
Vəkillər Əfqan Muxtarlının mayın 29-da Tiflisdə kriminal polis tərəfindən saxlanıldığını və Azərbaycan sərhədçilərinə təhvil verildiyini bildirir.
Mayın 31-də Səbail rayon Məhkəməsi jurnalist haqqında 3 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edib.
Azərbaycan Baş Prokururluğu və Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, Əfqan Muxtarlı Azərbaycan dövlıət sərhəddini qanunsuz keçərkən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 3 maddəsi – qaçaqmalçılıq, dövlət sərhəddini qanunsuz olaraq keçmək və hakimiyyət nümayəndəsinə qarşı müqavimət maddələri ilə iş açılıb.
Amnesty International jurnalisti vicdan məhbusu elan. Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının həbsinə etiraz bəyanatları yayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun