Gürcüstan parlamentində Əfqan Muxtarlıya dəstək aksiyası keçirilib

Gürcüstan parlamentində Əfqan Muxtarlıya dəstək aksiyası keçirilib
6 İyun 2017
Mətni dəyiş
İyunun 6-da Tbilisidə bir qrup jurnalist Gürcüstan parlamentinin binasında komissiya iclası zamanı başlarına torba geyinərək azərbaycanlı jurnalist Əfqan Muxtarlıya dəstək aksiyası keçirib
Gürcüstanın "netqazeti" (http://netgazeti.ge/news/199240/) nəşri yazır ki, aksiyada jurnalistlər "Əfqan Muxtarlıya azadlıq!", "Günahkarlar cəzalandırılsın!" kimi şüarlar qaldırıb.
Gürcüstan parlamentində aksiya (photo by : netqazeti)
Gürcüstan parlamentində aksiya (photo by : netqazeti)
Bir neçə gündür ki, Gürcüstanda jurnalistlər, ictimai fəallar və azərbaycanlı mühacirlər jurnalist Əfqan Muxtarlının müəmmalı şəkildə bu ölkədən Azərbaycana gətirilməsinin araşdırılması, ictimaiyyətə açıqlama verilməsi, bu işdə əli olanların cəzalandırılması tələbi ilə aksiyalar keçirir, jurnalistə azadlıq tələb edirlər.
Əfqan Muxtarlı mayın 29-da oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. O, Azərbaycan Cinayət Məcəlləsinin qaçaqmalçılıq, dövlət qərhəddinin qanunsuz yolla keçmək, hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmək maddələri ilə ittiham olunur.
Məhkəmənin qərarı ilə jurnalistə istintaq dövründə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Ancaq o, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib, ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.
Vəkil Elçin Sadıqovun qənaitinə görə, Əfqan Muxtarlının işi digərləri ilə birgə eyni icraatda birləşdirilə bilər.
Cinayət işinin istintaqı Dövlət Sərhəd Xidmətindən alınaraq Baş Prokurorluğin Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinə verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun