29 İyun 2017
Mətni dəyiş
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi bu ilin aprel-may ayları ərzində 57 mln. avro və yaxud 2,2% azalaraq iyunun 1-nə 2,52 mlrd. avro təşkil edib.
“Report”un məlumatına görə, hazırda verilmiş borclarda özəl sektorun payı 51% olaraq qalır.
Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı da dəyişməyib və 161-dir.
2 ay ərzində Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 40 mln. avro və yaxud 2,1% azalaraq 1,87 mlrd. avroya düşüb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 24 mln. avro və yaxud 3,9% azalaraq 592 mln. avro olub.
Hesabat dövründə EBRD-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfel isə 39 mln. avro yaxud 4,5% azalaraq 873 mln. avroya düşüb.
Qeyd edək ki, EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində dəyişiklik yoxdur və hazırda Bank Azərbaycanda 54 aktiv layihədən ibarət portfelə malikdir.