Dünya üzrə sülh indeksi ən aşağı həddinə çatıb [Video]

Dünya üzrə sülh indeksi ən aşağı həddinə çatıb [Video]
2 İyun 2017
Mətni dəyiş
Qlobal Sülh İndeksinin yeni hesabatına əsasən, dünya ölkələrində zorakılıqlar dünya iqtisadiyyatına 14 trilyon dollar zərər vurub.
Insan cəsədləri, şiddət dolu hücumlar, iğtişaşlar, siyasi təsisatlara qarşı qəzəb beynəlxalq iqtisadiyyata böyük həcmdə zərər vurmaqla yanaşı, ABŞ və dünya ölkələrinə trilyon dollarlar dəyərində pul itkisinə də səbəb olub.
Qlobal Sülh İndeksinin məlumatına görə 10 ildir davam edən münaqişələr, artmaqda olan kin və nifrət halları 2016-ci ildə dünya sülh quruculuğu presesinə böyük maneələr yaradıb. İqtisadiyyat və Sülh İnstitutu tərəfindən konflikt və təhlükəsizliyin illik dəyərləndirilməsi aparılıb.
Mişel Breslauer Skayp vasitəsilə Amerikanın Səsinə müsahibə verib.
“Hazırda dünyada sülhquruculuğu üzrə inkişafa doğru addımlar atılsa da, ABŞ-da geriləmə müşahidə olunur. Orta Şərq və Şimali Afrikada vəziyyət daha da pisləşməkdədir. Ölkələr arasında sülpərvərliyin dərəcəsi baxımından bərabərsizlik var. Bu da o deməkdir ki, dünya ölkələri arasında böyük bir fərq, boşluq yaradır.”
Breslauer onu da əlavə edib ki, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərindən sonra gərginliyin və polislə əlaqəli ölümlərin artması, terrorist hadisələrinin çoxalması ABŞ-da sülhsevərlik səviyyəsinin azalması ilə nəticələnib.
Mişel Breslauer - İqtisadiyyat və Sülh İnstitutunun Amerika üzrə sədri
“ABŞ 11 pillə geriləyərək 163 ölkə arasında 114-cü yerə gəlməsi ölkədə daxili münaqişələrin nə qədər təhlükə hal haldığının sübutudur. Hazırda Amerikan cəmiyyətində kəskin siyasi qütbləşmə hökm sürür, çox sayda etirazlar baş verir. Polis zorakılığına etiraz olaraq “Black lives matters” hərəkatı yaranıb. Bir sözlə sülhün dərəcəsinin aşağı düşməsinə siyasi qütbləşmə səbəb olub.”
Hesabatda göstrilir ki, 23 ölkədə terrorizm səviyyəsi tarixi boyunca ən yüksək həddinə çatıb. Həmçinin, Fransa, Brüssel və Londonda baş verən terror hadisələrindən sonra Avropanın sülh səviyyəsində qismən azalma olsa da, qitə hələ də ən dinc ərazilərdən hesab edilir.
Suriya isə ard-arda 5ci ildir ki, sülhün ən az olduğu ölkə olmağa davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun