1 İyun 2017
Mətni dəyiş
Prezident İlham Əliyev müşaviri vəzifəsindən azad etdiyi Kamal Abdullayevin yeni vəzifəyə təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Abzas.net xəbər verir ki, sərəncam görə, Kamal Mehdi oğlu Abdullayev (Kamal Abdulla) Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib.
Bu təyinata qədər Kamal Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsində çalışırdı.
Azərbaycan Dillər Universitetində Səməd Seyidovdan sonra rektor yox idi, rektor əvəzi vəzifəsini Əfqan Abdullayev aparırdı.