BP rəhbəri: "Azərbaycanda da hasilatı azaltmışıq"

BP rəhbəri: "Azərbaycanda da hasilatı azaltmışıq"
4 İyun 2017
Mətni dəyiş
"Hazırda neftə olan tələbat kifayət qədər balanslaşıb. OPEC qlobal anbarlarda mövcud olan neft ehtiyatlarını azaltmağa çalışır. Güman edirəm ki, biz buna doğru hərəkət edirik".
Bu sözləri BP şikrətinin baş icraçı direktoru Bob Duddley bildirib. Onun sözlərinə görə, hazırda Nigeriya, Liviya və Venesuelada hasilatla bağlı qeyri-müəyyənlik var, buna baxmayaraq, onlar doğru istiqamətdə hərəkət edirlər.
Baş icraçı direktor əlavə edib ki, OPEC və qeyri-OPEC ölkələri tərəfindən hasilatın azaldımasına dair əldə olunan razılaşmaya əsasən BP də istehsalı azaldıb:
"Biz hasilatı azaldan "Rosneft" şikrətinin səhmdarıyıq. Bununla yanaşı, biz Azərbaycanda, Yaxın Şərqdə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində hasilatı azaltmışıq. Böyük ehtimalla, İraqda da hasilatı azaldacağıq".
BP-nin icraçı direktoru bildirib ki, hasilatın azaldılması onlara da təsirsiz ötüşməyib, lakin azalma ciddi deyil:
"Qiymətlərin razılaşma əldə olunan müddətdən əvvəlkilərdən çox olması da bir növ hasilatın azaldılmasını kompensasiya edir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun