Birinci vitse-prezidentin "administrasiyasına" rəis müavinləri təyin olunub

Birinci vitse-prezidentin "administrasiyasına" rəis müavinləri təyin olunub
12 İyun 2017
Mətni dəyiş
Azərbaycanın birinci vitse-prezidentinin katibliyinin rəis müavinləri təyin olunub. Bu barədə prezidentin rəsmi saytı xəbər yayıb.
Abzas.net xəbər verir ki, Mehdi Dadaşov və Fariz Rzayev birinci vitse-prezidentin katibliyinin rəis müavinləri təyin ediliblər.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov aprelin 17-də Mehriban Əliyevaya köməkçi təyin olunub.
Mayın 31-i isə Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov katibliyə rəis təyin olunub.
Eyni vaxtda, Heydər Əliyev Fondunun eksperti, İDEA gənclər təşkilatının icraçı direktoru Yusuf Məmmədəliyev də birinci vitse-prezidentin köməkçisi təyin edilib.
2016-ci sentyabr ayında Azərbaycanda referendum keçirildi və konstitusiyaya dəyişikliklər edildi. 2017-ci ilin 21 fevralında isə Mehriban Əliyeva ölkənin I vitse-prezidenti elan olundu.
Yeni təyin olunan "administrasiya" rəisinin köməkçiləri kimlərdir? 
[caption id="attachment_36824" align="alignnone" width="3000"] Fariz Rzayev (soldan ikinci)[/caption]
Birinci vitse-prezident katibliyinin rəis mavinlərindən Mehdi Dadaşov haqqında ictimaiyyətdə məlumat olmasa da, Fariz Rzayev haqqında ictimaiyyətdə məlumat var.
F.Rzayev 1977-ci ildə Bakıda anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutundan beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından eyni ixtisas üzrə magistr təhsili alıb.
2000-2013-cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb. 2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir.
Fariz Rzayev 3 iyun 2013-cü ildə Azərbaycan Təhsil Nazirliyinin "Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsi"nə müdir vəzifəsinə təyin edilib.
O, 30 yanvar 2017-ci ildə Təhsil Naziri Mikayıl Cabbarovun əmri ilə nazirliyin aparat rəhbəri vəzifəsinə təyin olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun