“Biləsiz ki, mən və digər nüfuzlu siyasətçilər bu məsələni yoluna qoymaq üçün çalışırıq”

“Biləsiz ki, mən və digər nüfuzlu siyasətçilər bu məsələni yoluna qoymaq üçün çalışırıq”
3 İyun 2017
Mətni dəyiş
Gürcüstan prezidenti Giorgi Margvelashvili yenidən Efqan Muxtarlının həbs olunması ilə bağlı danışıb. Bu haqda Rustavi2 telekanalı məlumat yayıb.
“Ölkəmizin, dövlətimizin imici ciddi təhlükə altındadır. Biləsiz ki, mən və digər nüfuzlu siyasətçilər bu məsələni yoluna qoymaq üçün çalışırıq”.
Prezident Margvelashvili iki gün əvvəl bu mövzuda verdiyi açıqlamada Əfqan Muxtarlının oğurlanmasının Gürcüstanın suverenliyinə və təhlükəsizliyinə təhdid kimi qiymətləndirmişdi.
Vəkilləri Əfqan Muxtarlının mayın 29-da Tiflisdə kriminal polis tərəfindən saxlanıldığını və Azərbaycan sərhədçilərinə təhvil verildiyini bildirir.
Mayın 31-də Səbail rayon Məhkəməsi jurnalist haqqında 3 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edib.
Azərbaycan Baş Prokururluğu və Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, Əfqan Muxtarlı Azərbaycan dövlıət sərhəddini qanunsuz keçərkən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 3 maddəsi – qaçaqmalçılıq, dövlət sərhəddini qanunsuz olaraq keçmək və hakimiyyət nümayəndəsinə qarşı müqavimət maddələri ilə iş açılıb.
Amnesty International jurnalisti vicdan məhbusu elan. Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının həbsinə etiraz bəyanatları yayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun