Azərbaycanın ÜTT ilə bağlı danışıqlar üzrə növbəti görüşün vaxtı müəyyənləşib

Azərbaycanın ÜTT ilə bağlı danışıqlar üzrə növbəti görüşün vaxtı müəyyənləşib
30 İyun 2017
Mətni dəyiş
İyul ayının sonunda Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması ilə bağlı danışıqlar üzrə növbəti görüş keçiriləcək. 
Bu barərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev açıqlama verib.
"Danışıqlar iyulun 24-dən 28-dək davam edəcək. Orada həm bizim işçi qrupumuzun iclası olmalıdır, həm də kənd təsərrüfatında subsidiya məsələləri müzakirə olunacaq" - nazir müavini vurğulayıb.
M.Məmmədquliyev qeyd edib ki, eyni zamanda, bir neçə ölkə ilə ikitərəfli danışıqlar baş tutmalıdır: "Hazırda həmin ölkələr müəyyənləşdirilir. Artıq ABŞ, Avropa İttifaqı və digər ölkələr öz razılıqlarını bildiriblər."
Onun sözlərinə görə, Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı 12-13 ölkə ilə danışıqlar aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun