30 İyun 2017
Mətni dəyiş
Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani Cənubi Koreyanın Miju şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb. "Report"un məlumatına görə, 26 yaşlı idmançı finalda rusiyalı Anton Kotkovu yenib - 21:3.
Beləliklə, Harçeqani "Bakı 2015" I Avropa Oyunları və 2016-cı il Avropa çempionatında qızıl medal qazandıqdan sonra dünya çempionu tituluna da sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın daha bir təmsilçisi Məhəmməd Məmmədov (63 kq) bürünc medal qazanıb.
Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani Cənubi Koreyanın Miju şəhərində keçirilən dünya çempionatında finala yüksəlib. "Report"un məlumatına görə, iranlı legioner yarımfinalda Moldovanı təmsil edən üçqat Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı Aaron Kuku məğlub edib - 41:5.
Finalda Harçeqaninin rəqibi rusiyalı Anton Kotkov olacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın daha bir təmsilçisi Məhəmməd Məmmədov (63 kq) bürünc medal qazanıb.