Avropa Birliyi: "İfadə azadlığı pozularaq həbs edilənlər dərhal azad olunmalıdır"

Avropa Birliyi: "İfadə azadlığı pozularaq həbs edilənlər dərhal azad olunmalıdır"
5 İyun 2017
Mətni dəyiş
Avropa Birliyi Əfqan Muxtarlının Gürcüstanda oğurlanmasından və Azərbaycana verilməsindən sonra bəyanat yayıb.  
Bəyanatda ölkədəki digər siyasi məhbuslarla da vəziyyətdən də bəhs edilir. Sənəddə deyilir ki, Azərbaycan vətəndaşlarının, o cümlədən Gürcüstanda yaşayan hüquq müdafiəçilərinin oğurlanması, qanunsuz saxlanılması və həbsi tez və şəffaf şəkildə araşdırılmalıdır.
"Gürcüstanda belə bir araşdırmanın başlanılması alqışlanılır və AB prosesləri yaxından izləyəcək. Azərbaycan tərəfi beynəlxalq öhdəliklərə uyğun olaraq, əsas hüquqlar, o cümlədən ifadə azadlığı pozularaq həbs edilənləri dərhal azad etməlidir".
Avropa Birliyi zəruri hüquqi prosedurların, qanuni əsaslarla digər dövlətlərin ərazisində yaşayan vətəndaşların siyasi hüquqlarının qorunmasına çağırır.
"İnsan haqları deklarasiyasında aydın şəkildə qeyd olunub ki, heç kim qanunsuz şəkildə həbs və ekstradisiya edilə bilməz”.
Bəyanatda qeyd olunur ki, Avropa Birliyi bu kimi halları diqqətlə izləyəcək.
Hüquq müadiəçilərinin, siyasi məhbuslarla bağlı işçi qrupların hesabatlarına görə Azərbaycanda 150-dən artıq siyasi məhbus var. Bu siyahılarda gənclər fəallar, jurnalistlər, siyasətçilər, inanclı fəallar, hüquq müdafiəçiləri və digər kateqoriya siyasi məhbuslar yer alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun