AŞPA korrupsiya məlumatlarını müstəqil araşdırma orqanı yaradıb

AŞPA korrupsiya məlumatlarını müstəqil araşdırma orqanı yaradıb
2 İyun 2017
Mətni dəyiş
Uzun müzakirələrdən sonra Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosu Praqada toplaşaraq, AŞPA-da korrupsiya haqqında məlumatların tədqiq edilməsi üçün müstəqil xarici araşdırma orqanının üç üzvünü təyin edib.
Komissiyanın tərkibinə aşağıdakı şəxslər daxil olub:
- Nikolas Bratsa (Böyük Britaniya), Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş prezidenti;
- Jan-Lui Brugyer (Fransa), terrorizmlə bağlı işlər üzrə araşdırmalara görə cavabdeh olan keçmiş hakim;
- Elizabet Fura (İsveç), Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş hakimi və İsveçin keçmiş baş parlament ombudsmanı.
Bu qərar iyunun 26-da AŞPA-nın yay sessiyasında təsdiq edilməlidir.
Xatırladaq ki, AŞPA belə bir istintaq orqanının yaradılması qərarını aprelin 28-də, bəzi AŞPA üzvlərinə qarşı irəli sürülmüş korrupsiya iddialarının müstəqil araşdırılması məqsədilə qəbul edilib.
Xüsusən, söhbət İtaliya prokurorluğunun AŞPA-nın Azərbaycanda insan hüquqlarının pozulması haqqında qətnaməsinin qəbul edilməsinə mane olmaq məqsədilə Azərbaycanlı deputatlardan 2,9 mln. avro rüşvət almaqda ittiham etdiyi İtaliyalı deputat Luka Volontedən gedirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun