Apellyasiya Məhkəməsi Əfqan Muxtarlını həbsdə saxlayıb

Apellyasiya Məhkəməsi Əfqan Muxtarlını həbsdə saxlayıb
6 İyun 2017
Mətni dəyiş
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Əfqan Muxtarlı barəsində Səbail Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb.
Şikayət təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.
Muxtarlı mayın 29-da Gürcüstanda yoxa çıxıb, növbəti gün isə Azərbaycanda ona qarşı sərhədi pozma, qaçaqmalçılıq, sərhəd xidmətçisinə qarşı zorakılıq ittihamları irəli sürülüb və həbs olunub.
Muxtarlı ittihamları təkzib edib və bildirib ki, Gürcüstanda həbs edilib və Azərbaycan hakimiyyətinə təhvil verilib.
Muxtarlının həmkarları əmindirlər ki, o, hakimiyyətin yüksək eşelonlarında korrupsiya faktları və insan hüquqlarının pozulması faktları ilə bağlı jurnalist araşdırmalarına görə siyasi motivlərlə təqib olunur.
ABŞ və Aİ oğurlanma haqqında məlumatları araşdırmağa və Muxtarlını azad etməyə çağırıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun