Almaniya Parlamenti eynicinsli nigahlar haqda qanun layihəsini qəbul edib

Almaniya Parlamenti eynicinsli nigahlar haqda qanun layihəsini qəbul edib
30 İyun 2017
Mətni dəyiş
Almaniya parlamentinin aşağı palatası eynicinsli nigahlar haqda qanun layihəsini qəbul edib.
Abzas.net xəbər verir ki, Bundestaqın aşağı palatası eynicinsli nigahlar haqda qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib.
Sənədi dəstəkləyənlər arasında həmiçinin Xristian-demokrat birliyi partiyalarının bloku və əvvəllər eynicinsli nigahlara qarşı çıxan Xristian-sosial birliyi də var.
Lakin vəziyyət kansler Angela Merkel-in 26 iyunda olan çıxışından sonra dəyişdi. O bildirdi ki, onun fraksiyasının deputatları bu qanun layihəsinə partiyanın kursunu rəhbər tutaraq deyil də, öz vicdanlarının səsinə qulaq asaraq səs versinlər.
Bununla bərabər, Merkel özü layihənin əleyhinə səs verib.
Aşağı palatanın qəbul etdiyi eynicinsli nigahlar haqda sənədi növbəti mərhələdə Bundestaqın yuxarı palatası təsdiqləmələdi.
Almaniyada 2001-ci ildən rəsmi qaydada eynicinsli ailə qurmağa icazə var, lakin nigahda olanlardan fərqli olaraq onlar övladlığa uşaq götürə bilməzdilər. 2001-ci ildən rəsmi olaraq cəmi 34 min eynicinsli ailə qurulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun