Almaniya hökuməti "Şərq Tərəfdaşlığı" ölkələri ilə əməkdaşlığı gücləndirməyə çağırır

Almaniya hökuməti "Şərq Tərəfdaşlığı" ölkələri ilə əməkdaşlığı gücləndirməyə çağırır
29 İyun 2017
Mətni dəyiş
Almaniya Bundestaqında hakim koalisiya "Şərq Tərəfdaşlığı" ölkələri ilə əməkdaşlığın gücləndirilməsinə və eyni zamanda onların islahatlar aparmasına dair çağırış edib.
"Deutsche Welle"-nin məlumatına görə, deputatların qəbul etdiyi sənəddə bu mehriban qonşuluq konsepsiyasının Aİ-nin xarici siyasətinin ayrılmaz aləti olaraq qaldığı vurğulanıb.
"Şərq Tərəfdaşlığı" proqramı Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına yönəlmiş təşəbbüsdür və proqram 2009-cu ildən həyata keçirilir. Onun təşəbbüskarları Polşa və İsveç olub.
"Şərq tərəfdaşlığı"nın 5-ci sammiti noybarın 24-də Brüsseldə keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun