ADR Hərəkatının Ədliyyə Nazirliyi ilə məhkəmə çəkişməsi davam edir

ADR Hərəkatının Ədliyyə Nazirliyi ilə məhkəmə çəkişməsi davam edir
1 İyun 2017
Mətni dəyiş
30 may 2017- ci il tarixində Azərbaycan Demokratiya və Rifah (ADR ) Hərəkatının dövlət qeydiyyatından qanunsuz imtinaya görə Ədliyyə Nazirliyinə qarşı qaldırdığı iddia üzrə 1 saylı Bakı İnzibati- iqtisadi məhkəməsinin baxış iclası keçirilib.
Abzas.net xəbər verir ki, bu barədə məlumatı hərəkatın sədri Qubad İbadoğlu öz Facebook səhifəsində paylaşıb.
Qubad İbadoğlu qeyd edir ki, iclasda cavabdeh tərəf olaraq Ədliyyə Nazirliyinin nümayəndəsi növbəti dəfə iştirak etməyib.
Məhkəmə iclasını aparan hakim yenə də ADR-in ictimai hərəkat olduğunu əsas göstərib, iddialara qeydiyyatsız fəaliyyət göstərməyi məsləhət bilib.
Q.İbadoğlu bildirib ki, ADR-in hüquqlarını müdafiə edən vəkilin prinsipial və arqumentli çıxışından sonra hakim iclasın 08 iyun 2017-ci ilə təxirə salınmasına qərar verib: "ADR Hərəkatı yerli məhkəmi instansiyalarında çəkişmələri davam etdirmək və bütün instansiyaları keçdikdən sonra Avropa Məhkəməsinə müraciət etməkdə israrlıdır".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun