30 İyun 2017
Mətni dəyiş
ABŞ-ın vitse-prezidenti Mayk Pens Gürcüstana səfər edəcək.
“Apsny.ge” saytının məlumatına görə, ABŞ prezidenti Donald Trampın tapşırığı əsasında 30 iyun - 2 iyul tarixlərində M. Pens Estoniya, Gürcüstan və Monteneqroya səfərlər həyata keçirəcək. Vitse-prezident Gürcüstana səfəri zamanı ölkə prezidenti Georgi Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili ilə görüşəcək. Bundan başqa, onun "Noble Partner" hərbi təlimlərində iştirak edən amerikalı və gürcüstanlı hərbçilərlə görüşü nəzərdə tutulub.
M. Pens Estoniyada Baltik ölkələrinin rəhbərləri - Estoniya, Latviya və Litva prezidentləri Kerstu Kalyuland, Raymondos Veyonis və Dalya Qribauskayte ilə görüşlər keçirəcək.
Monteneqroda isə M. Pens bu ölkənin prezidenti Filip Vuyanoviç və baş nazir Duşko Markoviçlə bir araya gələcək, qərbi Balkan ölkələrinin başçıları ilə birlikdə Adriatik Xartiyanın sammitinə qatılacaq.