30 İyun 2017
Mətni dəyiş
ABŞ Şimali Koreyayla əlaqəyə görə Çin bankına sanksiya tətbiq edib.
Abzas.net xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Çin bankına, həmçinin iki Çin vətəndaşına və Çin transport şirkətinə sanskiya tətbiq edib. Sanksiyalar, Şimali Koreyayla iş birliyinə görə qoyulub.
ABŞ rəhbərliyi hesab edir ki, "Bank Of Dandong" Şimali Koreya pullarını yumaqla məşğul olub, transport şirkəti və iki Çin vətəndaşı isə KXDR-ın nüvə proqramına kömək edirdilər. ABŞ Maliyyə naziri Stiv Mnaçin bəyan edib ki, Vaşinqton Şimali Koreyayla əməkdaşlıq edənləri izləməyə davam edəcək və onlara qarşı sanksiya tətbiq edəcək. Mnaçin həmçinin qeyd edib ki, bu sanskiyaların ABŞ və Çin münasibətləri ilə heç bir əlaqəsi yoxdur.
"Reuters"-in mənbələri qeyd edirlər ki, prezident Donald Trump son zamanlar Çinin Şimali Koreyanın hərəkətlərərinə münasibət bildirməməsinə və bu ölkəylə əməkdaşlığı davam etdirməsinə görə narahatdır.