27 İyun 2017
Mətni dəyiş
ABŞ Dövlət Departamenti Avstraliyaya 1,3 milyard dollar dəyərində “Gulfstream” hərbi təyyarələrinin satılmasına razılıq verib.
Bu barədə Pentaqonun Hərbi Əməkdaşlıq İdarəsi məlumat yayıb.
Məlumatda deyilir ki, Avstraliya hökuməti hava kəşfiyyatı, izləmə və radioelektron mübarizə vasitələrinə malik 5 ədəd “Gulfstream G-550” təyyarəsinin satışının mümkünlüyü xahişi ilə müraciət edib.
ABŞ administrasiyasının qəbul edilmiş qərar barədə Konqresi məlumatlandırdığı deyilir.