6 İyun 2017
Mətni dəyiş
Prezident İlham Əliyev ədliyyə nazirinə yeni müavin təyin etməklə bağlı sərəncam imzalayıb.
İ.Əliyev iyunun 5-də general-leytenant Məhərrəm Əliyevi ədliyyə nazirinin müavini təyin edib.
M. Əliyev buna qədər Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.
Məhərrəm Əliyev 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.
O, 2007-2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
M.Əliyev 30 noyabr 2012-ci il tarixli sərəncamı ilə prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1 iyun 2017-ci il sərəncamı ilə vəzifəsindən azad olunub.