Əbülfəz Qurbanlı ictimai-siyasi fəaliyyətə qayıdır

Əbülfəz Qurbanlı ictimai-siyasi fəaliyyətə qayıdır
22 İyun 2017
Mətni dəyiş
Təqribən 2 il əvvəl AXCP-dən istifa verib siyasi fəaliyyətini dayandıran Əbülfəz Qurbanlı yenidən ictimai-siyasi fəaliyyətə qayıtdığını açıqlayıb.
Abzas.net xəbər verir ki, bu barədə gənc siyastçinin özü məlumat yayıb. O bildirib ki, bir xeyli dostu bilir, bir o qədər də dost, tanış məlumatsız olduğuna görə bu haqda açıqlama yazmalı olub.
"Qayıtdım. İl yarımdan artıq idi ki, vətəndən kənarda idim. Artıq bir neçə aydır ki, burdayam. Öncəki dövrdə olduğu kimi, ictimai-siyasi fəaliyyətlə məşğul olacam. Fəal və ardıcıl", - deyə gənc siyasi lider bildirib.
Əbülfəz Qurbanlı bildirib ki, fəaliyyətini müstəqil formada davam etdirəcək. O deyib ki, hələlik geniş planları yoxdur. Bununla belə, plansız da deyil:
"İndi daha pis və ağır dövrdür. Hər həftə hansısa ictimai-siyasi fəallar ya həbs olunur, ya da polisə çağırılır. Xeyli dostumuz həbsdədir. Ölkə üzü uçuruma gedir. Hakimiyyət isə bütün şərtləri daha da ağırlaşdırmaqda davam edir. Belə şəraitdə əlimizi ağır daşların altına qoymaqdan çəkinməməliyik. "Demokratiyaya gediləsi uzun yol"u getmək zərurətdir, gedəcəyik".
Əbülfəz Qurbanlı 2002-ci ildən ictimai-siyasi fəaliyyətə başlayıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olub. 2008-ci ildə AXCP Gənclər Komitəsinin sədri təyin olunub. 2013-cü ildə isə partiya sədrinin müavini təyin olunub.
2015-ci il iyul ayında səbəb göstərmədən partiya sıralarından getdiyini açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun