Yunanıstanın qaz operatoru SOCAR-a satılmayacaq

Yunanıstanın qaz operatoru SOCAR-a satılmayacaq
2 May 2017
Mətni dəyiş
Reuters xəbər verir ki, Yunanıstanın Enerji Nazirliyi çərşənbə axşamı yaydığı bəyanatda Yunanıstanın xarici kreditorlarla bağladığı müqaviləyə əsasən ölkənin qaz operatoru DESFA-ın səhmlərinin 66 faizini bir daha satışa çıxaracağını bildirib.
2013-cü ildə DESFA-ın səhmləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ- SOCAR) 400 milyon avroya satılsa da, Avropa Komissiyası müdaxilə edərək, ARDNŞ-ə səhmlərin yalnız 49 faizinin satılmasını təklif edib.
Bununla qalan səhmlərin 17 faizini ARDNŞ ilə konsorsium yaradan İtaliyanın Snam şirkətinə satılması üzrə danışıqlar keçirilib.
Lakin ARDNŞ-Snam konsorsiumunun səhmlərin məbləğini hissə-hissə ödəmək təklifi qanuna zidd olduğu üçün rədd edilib, Yunanıstanın Enerji Nazirliyi keçən il noyabrın 30-da bəyan edib.
BBC Azərbaycanca SOCAR-dan məsələ ilə bağlı şərh ala bilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun