Whatsapp yalnız Azərbaycanda çökməyib [rəsmi açıqlama]

Whatsapp yalnız Azərbaycanda çökməyib [rəsmi açıqlama]
4 May 2017
Mətni dəyiş
WhatsApp mesajlaşma xidmətinin milyonlarla istifadəçisi çərşənbə günü axşam saatlarından başlayaraq problemlə qarşılaşıblar. 
Abzas.net xəbər verir ki, Facebook-un sahibi olduğu bu xidmətin fəaliyyəti Azərbaycan saatı ilə saat 20:50-dən sonra dayanıb.
Business Insider dərgisinə xidmətin məsul şəxsinin verdiyi açıqlamada deyilir ki, "Whatsapp-ın məsələdən xəbəri var və problemin tezliklə həll olunması üçün iş gedir".
WhatsApp smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir. Dünya üzrə istifadəçilərinin dəqiq sayı açıqlanmasa da, Apple əlavələrinin mağazasında proqram 121 ölkədə ən məşhur pullu əlavədir.
2015-ci ilin başlanğıcına Google Play mağazasının məlumatına görə, Android ƏS-iylə işləyən aparatlara 500 milyondan çox yüklənilib. Xidmət 19 fevral 2014-ci ildə Facebook tərəfindən 19 milyard dollara satın alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun