Vergi ödəyicisinin siyahıya alınmış əmlakı elektron hərracdan satılacaq

Vergi ödəyicisinin siyahıya alınmış əmlakı elektron hərracdan satılacaq
5 May 2017
Mətni dəyiş
Bundan sonra vergi ödəyicilərinin siyahıya alınmış əmlakı elektron hərraclar vasitəsilə satışa çıxarılacaq.
Abzas.net-in məlumatına görə, Nazirlər Kabineti bununla əlaqədar olaraq "Vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışı məqsədi ilə elektron hərracın təşkili və keçirilməsi Qaydaları"nı təsdiqləyib. Mayın 4-də imzalanmış qaydalar ictimaiyyətə bu gün, mayın 5-də açıqlanıb.
Qaydalar parlamentin Vergi Məcəlləsinə etdiyi son dəyişikliklərlə əlaqədar qəbul olunub.
Qaydalara görə, elektron hərraclar zamanı iştirakçıların hər hansı birinə digərlərindən fərqli güzəştlər edilməyəcək. Ərizəçilər elektron hərraca istənilən mərhələdə qoşula biləcəklər.
Mülki hüquq fəaliyyət qabiliyyətli istənilən fiziki və hüquqi şəxslər hərraclarda iştirak edə biləcəklər.
Birinci elektron hərrac baş tutmadıqda, təşkilatçı hər növbəti elektron hərraca 10 gün qalmış kütləvi informasiya vasitələrində, özünün rəsmi internet saytında, digər internet saytlarında və sosial şəbəkələrdə elan yerləşdirməlidir.
Söhbət icra məmurlarının borclu vergi ödəyicilərinin siyahıya aldıqları əmlakının hərraca çıxarılmasından gedir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun