Türkiyə əsas birja indeksinin denominasiyasına hazırlaşır

Türkiyə əsas birja indeksinin denominasiyasına hazırlaşır
29 May 2017
Mətni dəyiş
İstanbul Birjası 100 min bəndə yaxınlaşan "BİST-100" indeksindən iki sıfırın atılması üçün çalışmalara başlayıb.
Bu barədə açıqlama Birjanın sədri Himmət Karadağ tərəfindən verilib.
"Borsa İstanbul"un İdarə Heyətinin sədri bildirib ki, 100 min bəndinə yaxınlaşan indeksdən sıfırların silinməsi maliyyə bazarları tərəfindən müsbət qarşılanır. Belə ki, 100 000 həddini keçmək psixoloji baxımından çətin olsa da, iki sıfır silindikdən sonra 1 000 həddini keçmək maliyyə bazarının iştirakçıları tərəfindən daha rahat qəbul edilir. Hazırda "BİST-100" indeksinin qiyməti 97 700 bəndə yaxındır.
1986-cı ildə fəaliyyətə başlayan İstanbul Birjasında 1997-ci ildə də analoji hadisə baş verib - indeksdən 2 sıfır silinib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun