Taleh Bağırzadə və tərəfdarlarının apellyasiya məhkəməsi başlayır

Taleh Bağırzadə və tərəfdarlarının apellyasiya məhkəməsi başlayır
25 May 2017
Mətni dəyiş
İyunun 6-da Bakı Apellyasiya Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadə və onun 16 tərəfdarının şikayətinə baxılacaq.
Onlarla birlikdə Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı da həbs edilib.
Apellyasiyaya Əmir Bayramovun sədrliyi ilə baxılacaq, bu barədə Turan-a məhkəmədəki mənbələr bildirib.
Xatırladaq ki, yuxarıda adı çəkilən şəxslər 2015-ci ilin noyabrında Nardaranda həbs ediliblər və dövlət quruluşunu zorla dəyişdirməyə hazırlıq, qanunsuz silah saxlamaq və digər ciddi cinayətlərdə ittiham edilərək, uzunmüddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər.
Birinci instansiya məhkəməsində bu ittihamlar təsdiqini tapmayıb. Müttəhimlər etirafedici ifadələri işgəncə altında verdiklərini iddia ediblər.
Beynəlxalq təşkilatlar ədalətsiz məhkəmə hökmünü pisləyib. Fuad Qəhrəmanlı Nardaran hadisələri ilə ümumiyyətlə əlaqəsi olmayan siyasi məhbus kimi tanınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun