16 May 2017
Mətni dəyiş
ABŞ-ın özəl "SpaceX" şirkətinə məxsus "Falcon 9" raket daşıyıcısı orbitə "Inmarsat-5 F4" telekommunikasiya peykini çıxarıb. Bu peyk digərləri ilə birlikdə təyyarələri və gəmiləri yüksək sürətli internetlə təmin edəcək.
"Falcon 9" Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromdan orbitə buraxılıb.
"Inmarsat-5 F4" dənizdə, havada və yerdə yüksək sürətli internet təmin etmək üçün səfərbər olunan "Global Xpress" orbital qruplaşmasında dördüncü peyk olacaq.
Qeyd edək ki, "Boeing" korporasiyası tərəfindən istehsal olunan "Inmarsat-5 F4" peyki altı tondan bir qədər ağırdır. Bu, "Falcon 9"un orbitə çıxardığı ən böyük yükdür.