3 May 2017
Mətni dəyiş
Azərbaycanın separatçı, qondarma Dağlıq Qarabağ rejimi Azərbaycan və Türkiyə ordularının keçirdiyi birgə təlimlərdən narahatdır.
AzadlıqRadiosu Ermənistan xidmətinin mayın 3-də yaydığı məlumata görə, qondarma rejimin nümayəndəsi David Babayan deyib ki, əgər təlim vaxtı təxribat olsa , buna reaksiya veriləcək.
Qeyd edək ki, Azərbaycan və Türkiyə orduları mayın 1-dən birgə təlimlərə başlayıb.
Təlimlər mayın 5-də sona yetəcək.