23 May 2017
Mətni dəyiş
Çərşənbə axşamı Sabunçu Rayon Məhkəməsində Nardaran sakini Fail Şahbazovun barəsində hökm oxunub. Məhkəmə onu qanunsuz silah saxlamaqda (CM-in 228.1 maddəsi) təqsirli bilərək 1 il 9 ay azadlıqdan məhrum edib.
Müttəhimin vəkili Fariz Namazlı bildirib ki, F.Şahbazov həbs olunduğu vaxt təzyiq və işgəncəyə məruz qalıb. Bundan sonra etirafedici ifadə verib.
"Əslində Fail Şahbazov "Müsəlman Birliyi" Hərəkatının 17 üzvünün məhkəməsində fəal iştirak etdiyinə görə həbs olunub", - vəkil qeyd edib. O deyib ki Failin atası və iki qardaşı "Nardaran-1" məhkəmə prosesi çərçivəsində qanunsuz silah saxlamaq ittihamı ilə iki il yarım müddətə mühakimə olunublar.
Fail isə qundağı kəsilmiş ov tüfəngi və 1 ədəd "F-1" qumbarası saxlaamqda itiham olunub