"Moody's" Azərbaycanın kredit reytinqini təsdiq edib

"Moody's" Azərbaycanın kredit reytinqini təsdiq edib
8 May 2017
Mətni dəyiş
"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini əvvəlki səviyyədə təsdiq edib.
"Report" xəbər verir ki, müntəzəm olaraq reytinqlərin yenilənmə prosesinə uyğun olaraq Azərbaycanın müstəqil kredit reytinqi "Ba1", reytinq üzrə proqnoz isə "neqativ" səviyyəsində saxlanılıb.
Agentlik Azərbaycanın kredit reytinqini 2016-cı il fevralın 5-də "Baa3"-dən "Ba1"-ə endirib, reytinq üzrə proqnozu isə "stabil" saxlayıb. Ötən il aprelin 29-da isə kredit reytinqi üzrə proqnoz "neqativ"ə endirilib. Bu il fevralın 12-də isə Agentlik Azərbaycanın reytinqinə bir daha baxıb və onu sabit saxlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun