Minsk qrupu Dağlıq Qarabağda gərginliyin artmamasına çağırır

Minsk qrupu Dağlıq Qarabağda gərginliyin artmamasına çağırır
19 May 2017
Mətni dəyiş
Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk Qrupunun son günlərdə cəhbə xəttində atəşkəsin pozulması məlumatları barədə bəyanatını tənqid edərək, qurumun bəyanatında "intensiv substantiv danışıqların davam etdirilməsinə" çağırış olmasının lazım olduğunu deyib.
ATƏT-in Minsk qrupu həmsədrləri tərəfləri gərginliyin artmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırıb.
"Bir neçə etibarlı mənbələrdən toplanmış məlumata görə, mayın 15-də Azərbaycanın Silahlı Qüvvələri Təmas Xətti boyunca hərbi texnikanı hədəf alaraq raket zərbəsi endirib. 16 may axşamı və 17 mayda Ermənistan Silahlı Qüvvələri müxtəlif çaplı minaatan atəşi ilə cavab veriblər. Hər iki tərəfdən belə hərəkətlər atəşkəs rejiminin pozulmasına əhəmiyyətli təsir edir və həyəcan doğurur", - deyə həmsədrlər - İqor Popov (Rusiya), Stephane Visconti (Fransa) və Richard Hoagland (ABŞ) bildirib.
ATƏT həmsədrləri birgə bəyanatda "son zərbələrin hədəfləri, eləcə də davamlı insan tələfatı və xəsarətlər barədə ziddiyyətli məlumatlar mövcuddur", - deyərək əlavə araşdırma aparacaqlarını da vurğulayıblar.
XİN ATƏT-in bəyanatının "yalnız atəşkəs haqqında" olması və Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümünün qeyd edilməməsini "ədalətsiz və qeyri-obyektiv" adlandırıb.
XİN Ermənistanən OSA zenit-raket kompleksinin "Azərbaycan uçüş aparatlarına" yaratdığı təhlükəyə görə "legitim hərbi hədəf olaraq məhv" edildiyini deyib.
Nə baş verib?
Çərşənbə günü tanınmamış "Dağlıq Qarabaq Respublikasının" müdafiə nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmasını idda edən video yayıb.
Hücumun səbəbini Azərbaycan hərbi qüvvələrinin atəşinə cavab olduğunu idda edən bəyanatda Azərbaycan tərəfinin "itkilər" verdiyi iddia edilir.
Lakin paylaşılan videoda mərmilərin partlayışı nəticəsində kiminsə xəsarət aldığı aydın deyil.
Bir qismi adi kamera ilə çəkildiyinə bənzəyən videonun, digər qismi dron və yə təyyarəyə yerləşmiş kamera ilə çəkildiyi hiss edilir.
Videonun dərc edilməsindən sonra Azərbaycanın Müdafiə Nazirliyi "Ermənistan yaşayış məntəqələrimizi atəşə tutmasını təsdiq etdi" başlıqlı bəyanatında Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itki olmadığı və döyüş texnikasına ziyan dəymədiyini bildirib.
Nazirliyin daha sonrakı bəyanatında isə Ermənistan qüvvələrinin pilotsuz uçuş aparatlarından (dron) istifadə etdiyi qeyd edilib və açılan atəşin Ağdam istiqamətində olduğu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun