Mehman Qələndərovun "7 mərasimi" keçirilib [Foto-video]

Mehman Qələndərovun "7 mərasimi" keçirilib [Foto-video]
6 May 2017
Mətni dəyiş
Bu gün Bakı İstintaq Təcridxanasında intihar etdiyi deyilən siyasi məhbus Mehman Qələndərovun 7 mərasimidir.
Abzas.net xəbər verir ki, Milli Şura rəhbərliyi və AXCP üzvləri mərhum Mehman Qələndərovu məzarı başında yad ediblər.
Çıxş edən AXCP sədri Əli Kərimli Mehman Qələndərovun dəqiq necə öldüyünü və ya öldürüldüyünü bilmədiklərini desə də, onu rejimin öldürdüyünü bildirib.
"Əgər Mehman Qələndərov qondarma ittihamlarla həbs olunmasaydı indi sağ idi. Bir enerjili, savadlı, demokratik düşüncəli azərbaycanlı həyatını itirdi. Ona görə ki, ölkədə dəyişiklik istəyirdi, qul olmaq istəmirdi, mübarizə aparıb dara düşmüş gəncləri tək qoymaq istəmirdi, buna görə Mehman Qələndərov məhv edildi. Gün gələcək rejimin bütün cinayətləri açılacaq" - Əli Kərimli deyib.
AXCP sədri bu hadisənin artıq Azərbaycan sərhəddindən çıxdığını deyib:
"Əvvəlcə Mehman Qələndərovun ölümünü inkar elədilər ancaq ictimaiyyətin israrı nəticəsində ölümünü etiraf etdilər, sonra da tələm-tələsik dəfn etdilər. Hüquq müdafiəçiləri Oktay Gülalıyev və Qələndər Muxtarovun cəsarətli mövqeyi olmasaydı bizim heç bu cinayətdən xəbərimiz olmayacaqdı. Artıq ABŞ Dövlət Departamenti də hadisənin aydınlanmasını tələb edib. Artıq bu cür cinayətləri ört-basdır eləmək mümkün deyil".
Bu il fevralın 7-də M.Qələndərovun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ittiham olunub.
Həbs günü M.Qələndərov “Facebook” səhifəsində yazmışdı: “Hamımız Qiyas (Heydər Əliyevin abidəsinə şüar yazan Qiyas İbrahimov nəzərdə tutulur. Bundan sonra 10 il azadlıqdan məhrum edilib- red.) kimi olaq. Qul olma!”
Bir saatdan sonra polis əməkdaşları M.Qələndərovun kirayədə yaşadığı mənzilə gələrək onu tutublar.
Nəsimi Rayon Məhkəməsi M.Qələndərovu istintaq müddətində 3 ay həbs edib.
M.Qələndərov 1977-ci il mayın 23-də Bakıda anadan olub. Dövlət İdarəetmə Akademiyasını psixologiya ixtisası üzrə bitirib. O, Bakı və Tbilisidə hökumət əleyhinə mitinqlərdə iştirak edib.
2016-cı il sentyabrın 26-da Tbilisidə Azərbaycan səfirliyinin qarşısında “Biz kral istəmirik!” şüarı ilə keçirilən aksiyanın təşkilatçılarından biri olub.
Sosial şəbəkələrdə hakimiyyəti tənqid edib, ölkə rəhbərliyinin karikaturalarını çəkərək “Facebook” səhifəsində dərc edib.
Mehman Qələndərovun aprelin 28-də saxlandığı kamerada intihar etdiyi bildirilir.
  [embed]https://youtu.be/SSPOktuyjL8[/embed] https://youtu.be/-8vecrt4T3o

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun