Məhkəmə Elgiz Qəhrəmanın şikayətini təmin etmədi

Məhkəmə Elgiz Qəhrəmanın şikayətini təmin etmədi
18 May 2017
Mətni dəyiş
Bu gün Bakı Apellyasiya Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın Ağır Cinayətlər Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb.
Abzas.net xəbər verir ki, Sahibxan Mirzəyevin sədrlik etdiyi hakimlər heyəti Elgiz Qəhrəmanın şikayətini təmin etməyib.
Həmçinin, Elgiz Qəhrəmanın çapdan yeni çıxmış "3.14 məntiq testləri toplusu" kitabı məhkəmə heyətinə təqdim edilib. Hakimlərdən Camal Ramazanov kitabı almaqdan imtina edib. Kitabın ön söz müəllifi Şahvələd Çobanoğludur.
Elgiz Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayaraq, vəkilini yanına buraxmayıblar.
Gənc fəal yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib.
Elgiz Qəhrəman həm özü, həm də fəalı olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun