"Lada" Azərbaycanda satışını 86% azaldıb

"Lada" Azərbaycanda satışını 86% azaldıb
16 May 2017
Mətni dəyiş
2017-ci ilin birinci rübündə Rusiyanın "Lada" markalı avtomobillərinin Avropa ölkələrinə ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 102% artaraq 1664 ədəd təşkil edib.
"AvtoVAZ" konserninin hesabatında bildirilir ki, rüb ərzində bu avtomobillərin qeydiyyatı 79% artaraq 1344 ədədə çatıb.
Avropada daha böyük tələbat "Lada 4x4" modelinə yaranıb. Həmçinin, "Lada Vesta"nın satışlarına başlanılıb. Bu ilin fevral ayından "Vesta" Almaniya və Macarıstana, martından isə Avstriya və Bolqarıstana ixrac olunmağa başlanıb.
İlk rübdə "AvtoVAZ" Qazaxıstanda satışlarını 31% azaldıb. Beləliklə, konsernin Qazaxıstan bazarındakı payı 16,6%-ə enib.
Azərbaycanda isə "Lada"nın satışları 86% azalıb. Rusiya şirkət Ukraynadakı satışlarını 66% artıraraq rüb ərzində 16460 ədəd avtomobil sata bilib. Belarusda isə "Lada" satışlarını 4% artırıb və bazar payını 11%-ə çatdırıb.
"AvtoVAZ" bu il ixracı 50% artırmağı planlaşdırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun