Jurnalistləri Müdafiə Komitəsi Nicat Əmirəslanovu dərhal azad etməyə çağırıb

Jurnalistləri Müdafiə Komitəsi Nicat Əmirəslanovu dərhal azad etməyə çağırıb
25 May 2017
Mətni dəyiş
ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini 30 gün müddətinə həbs olunmuş jurnalist Nicat Əmiraslanovu dərhal azad etməyə çağırıb.
JMK-nin bəyanatında jurnalistlərin təqibinə və uydurma ittihamlarla həbsinə son qoymaq çağırışı yer alır.
Xatırladaq ki, Qazax rayonunda yaşayan jurnalist polisə müqavimət göstərməkdə ittiham olunub və mayın 23-də 30 gün müddətinə həbs olunub.
Həmkarlarının və yaxınlarının iddiasına görə, həbsin əsl səbəbi Əmiraslanovun facebook-da tortla müqayisə etdiyi Mehriban Əliyeva haqqında tənqidi statusdur.
Nicat Əmiraslanov NİDA Vətəndaş Hərəkatının üzvüdür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun