Jurnalistin həbs müddəti uzadılıb

Jurnalistin həbs müddəti uzadılıb
27 May 2017
Mətni dəyiş
Mayın 26-da Nəsimi Rayon Məhkəməsi jurnalist Elçin İsmayıllının həbs müddətini sentyabrın 12-dək uzadıb.
Vəkil Elçin Sadıqov Turan-a bildirib ki, jusnalistin həbsdə saxlanmasına heç bir tutarlı əsas yoxdur. Üstəlik, ona qarşı heç bir istintaq hərəkəti aparılmır.
Xatırladaq ki, müstəqil jurnalist Elçin İsmayıllı fevralın 17-də saxlanılıb. Növbəti gün zorla pul tələb etmək və vəzifəsindən sui-istifadə etmək ittihamları (CM-in 182 və 308-ci maddələri) ilə həbs edilib.
Həbsin əsl səbəbi jurnalistin yerli hakimiyyəti tənqid etməsidir. Jurnalist özü bütün ittihamları rədd edərək bunu İsmayıllıda baş verən qanunsuzluq və korrupsiya faktlarını tənqid edtiyinə görə cəza adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun