“İSMA BİKES” iyundan tam fəaliyyətə başlayacaq

“İSMA BİKES” iyundan tam fəaliyyətə başlayacaq
16 May 2017
Mətni dəyiş
İsmayıllıda Prezident İlham Əliyevin də açılışında iştirak etdiyi “İSMA BİKES” velosiped istehsalı zavodu iyundan etibarən tam surətdə fəaliyyətə başlayacaq.
Bu haqda zavodun baş mühasibi Elnarə Musayeva məlumat verib.
Zavod rəsmisi qeyd edib ki, hazırda zavod test rejimində fəaliyyət göstərir:
“Zavodun fəaliyyət göstərmədiyi, bağlandığı barədə məlumatlar tamamilə əsassızdır. Hazırda bir sıra modellər üzərində işlər gedir. Kütləvi şəkildə istehsal növbəti aydan etibarən başlayacaq. Təlimlər keçirilir, işçilər seçilir və azərbaycanlılardan ibarət kadrlarımız hazırlanır”.
E.Musayevanın sözlərinə görə, müəssisə tam olaraq fəaliyyətə başlayandan sonra  müxtəlif növ velosipedlər və əlil arabaları istehsal ediləcək.
“İSMA BİKES” velosiped istehsalı zavodunun açılışı 2016-cı ilin avqustunda olub. Bəzi KİV-lər zavodun fəaliyyətini dayandırdığını yazıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun