"İslam Hәmrәylik Oyunları heç kimin vecinә deyil"

"İslam Hәmrәylik Oyunları heç kimin vecinә deyil"
20 May 2017
Mətni dəyiş
Türkiyәnin mәhşur jurnalisti, Hürriyәt qәzetinin köşә yazarı Әrtuğrul Özkök yazısında Azәrbaycanın ev sahibliyi etdiyi İslam Hәmrәylik Oyunlarından yazıb. Azadlıq qəzeti yazının əsas hissələrinin tərcüməsini təqdim edib: 
Allah eşqinә bu günә qәdәr heç eşitdinizmi, eşitsәniz belә “yüz metrә qaçış yarışını kim qazandı” deyә maraqlandınızmı?
Dostlar, Bakıda İslam Hәmrәylik Oyunları keçirilir. İslam Olimpiadası yәni… Hәm dә dördüncüsü…
Dünәn şәkildә saydım. Türkiyәnin sayılıb seçilәn bütün qәzet vә televizorlarının 16 idarәçisi oradadır.
Yaxşı, dünәn oradan nә xәbәr var idi?
Gәnclәr vә idman naziri Akif Çağatay Kılıçın “UEFA 2024-cü ildә Avropa futbol çempionatı üçün insan haqları şәrtini qoyacaq” xәbәri…
Niyә?
Çünki İslam Hәmrәylik Oyunları heç kimin vecinә deyil.
Vә bilәsiniz ki, olmayacaq da.
Nәyә görә?
Çünki idmanın islamı, xristianı, ateisti olmaz, ona görә.
Siz heç Buddist Hәmrәylik Oyunları vә ya Xristian Hәmrәylik Oyunları deyә bir şey eşitmisiniz?

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun