3 May 2017
Mətni dəyiş
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verir. İslam dünyası ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsində İƏT əvəzsiz platformadır”.
İƏT-in Azərbaycanda rəsmi səfərdə olan baş katibi Yousef bin Ahmad Al-Othaimeeni mayın 3-də qəbul edən xarici işlər naziri Elmar Məmmədyarov belə deyib.
Abzas.net xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə Azərbaycan-İƏT əməkdaşlığının inkişafından məmnunluq ifadə olunduğu bildirilir.
Rəsmi Bakının İƏT-in beynəlxalq arenada rolunun artmasında maraqlı olduğunu bildirən E. Məmmədyarov Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qurumun yekdil və birmənalı mövqeyini yüksək qiymətləndirib.
Görüşdə Qarabağ münaqişəsi də diqqət mərkəzində olub.
XİN-in xəbərinə görə, İƏT-in baş katibi isə öz növbəsində deyib ki, Azərbaycan dinlərarası dözümlülük və mədəniyyətlərarası dialoq baxımından nümunəvi bir məkana çevrilib.
Yousef bin Ahmad Al-Othaimeen İƏT-in Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəti, dəyişməz dəstəyini diqqətə çatdırıb.
Yousef bin Ahmad Al-Othaimeen günün birinci hissəsi isə prezident İlham Əliyevlə görüşmüşdü.