31 May 2017
Mətni dəyiş
Gürcüstan XİN azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanması ilə bağlı bəyanatla çıxış edib. Bu barədə Gürcüstanın onlayn agentliyi məlumat yayıb.
"Gürcüstan DİN azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı Gürcüstan CM-in 143-cü maddəsilə (qanunsuz olaraq azadlığın qarşısının alınması) təhqiqata başlayıb.
Paralel olaraq Azərbaycan tərəfilə kommunikasiya aparılır. Faktiki vəziyyət bəlli olan kimi ictimaiyyətə ətraflı məlumat veriləcək", - bəyanatda deyilir.
Lakin Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri bildirib ki, Ə.Muxtarlı yaşıl sərhəd zolağı adlanan yerdə saxlanılıb ki, orada pasport lazım deyil.
"DİN istintaqa başlayıb, Azərbayan tərəfə müraciət edib. Yəqin ki, baş vermiş hadisə, onun harada saxlanması ilə bağlı rəsmi bəyanatlar olacaq. Azərbaycan tərəfi bildirir ki, Əfqan Muxtarlı buraxılış məntəqəsində yox, yaşıl sərhəd zolağını keçərkən saxlanılıb ki, orada da pasport lazım deyil", - Qomelauri bildirib.
"Хроника+" qəzetinin jurnalisti Maka Mosiaşvili isə bildirib ki, Ə.Muxtarlı Laqodexi rayonunda sərhəd məntəqəsindən keçirilib. Bu, Qomelaurinin fikirlərinin doğru olmadığını göstərir.
Gürcüstan Təhlükəsizlik Xidmətinin rəhbərinin sözləri ağılsızlar üçün ünvanlanıb. Təkcə onlar inana bilər ki, dünyanın harasındasa sərhəddi pasportsuz keçmək olar.