Fransa: "Azərbaycanı fikir və mətbuat azadlığına tam riayət etməyə çağırırıq"

Fransa: "Azərbaycanı fikir və mətbuat azadlığına tam riayət etməyə çağırırıq"
16 May 2017
Mətni dəyiş
Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi Azərbaycanda müstəqil internet saytlarının bloklanması ilə bağlı bəyanat yayıb. 
Abzas.net xəbər verir ki, çoxsaylı informasiya internet saytlarının yayımını dayandırılması barədə Azərbaycan hökümətinin qərarından Fransa narahatlığını bildirir.
Fransa, Azərbaycan hökümətinin sərbəst tərəfdar çıxdığı beynəlxalq öhdəliklərə və vətəndaş cəmiyyətlərinin inkişafı və demokratik institutların möhkəmlənməsi üçün fundamental əsasları təşkil edən fikir və mətbuat azadlıqlarına tam riayyət etməyə çağırır.
Bəyanatda bildirilir ki, Fransa Azərbaycanda medianın vəziyyətini daha yaxından izləməkdə davam edəcək.
Səbail rayon məhkəməsi mayın 12-də Azərbaycan Kommunikasiyalar Nazirliyinin iddiası ilə AzadlıqRadisounu, “Azadlıq” qəzeti, Meydan TV, “Azərbaycan saatı” proqramının internet saytı və Turan TV video kanalının bloklanması barədə qərar qəbul edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun