Fitch-dən "OPEC" açıqlaması

Fitch-dən "OPEC" açıqlaması
29 May 2017
Mətni dəyiş
Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hasilat səviyyəsini məhdudlaşdırmaq qərarının uzadılmasının neft qiymətlərini dəstəkləyəcəyini bildirib.
OPEC və qrup ilə hərəkət edən digər istehsalçı ölkələr 25 Mayda hasilatın azaldılması razılaşmasını 2018-ci ilin Mart ayınadək uzatmaq qərarı veriblər.
Fitch Ratings-dən edilən açıqlamada, sözügedən qərarın 2018-ci ilin mart ayının sonuna qədər uzadılmasının, dünya miqyasında xam neft ehtiyatı artıqlığının əhəmiyyətli qisminin "həzm edilməsinə" yardım edəcəyi qeyd olunub.
Həmçinin Fitch, dünya miqyasında xam neft ehtiyatının miqdarının gələn il yenidən artacağı barədə xəbərdarlıq edib.
Açıqlamada, gələn il hasilatı məhdudlaşdırmaq qərarını yenidən uzadılmaması, dünya miqyasında yeni neft layihələrinin fəaliyyətə keçməsi və ABŞ-ın şist nefti istehsalının artması hallarında qlobal ehtiyatda artım görülə bilinəcəyi vurğulanıb.
Dünya üzrə ehtiyatların azalmaması və neft qiymətlərinin qalxmaması vəziyyətində OPEC-in qərarını bir daha uzatmayacağına diqqət çəkilən açıqlamada, "OPEC, müqavilə öncəsi hasilat səviyyəsinə qayıdaraq bazar payını itirməməyi istəyə bilər və üzv ölkələr hasilat həcmlərini artıraraq gəlirlərini yüksəltməyi seçə bilərlər",- idadəsinə yer verilib.
Fitch Brent növü xam neftin barrel qiymətinin qısa dövrdə 50-55 dollar aralığında, uzun dövrdə isə 65 dollar səviyyəsində olacağını nəzərdə tutur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun