"Fitch": Azərbaycan İpoteka Fondunun portfeli bu il 30-40% artacaq

"Fitch": Azərbaycan İpoteka Fondunun portfeli bu il 30-40% artacaq
31 May 2017
Mətni dəyiş
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan İpoteka Fondunun (AİF) ipoteka portfelinin 2017-ci ildə 30-40% arta biləcəyini proqnozlaşdırır. 
"Fitch"in hesabatına istinadən verilən xəbərə əsasən, 2016-cı ildə Fondun ipoteka portfelində cüzi azalma baş verib və bu ilin əvvəlinə Fondun aktivləri 537 mln. manat təşkil edib. Cari ildə isə Fondun kapitalına 50 mln. manat əlavə edilib. Bununla yanaşı, AİF-in 200 mln. AZN istiqraz yerləşdirməsi gözlənilir.
Agentlik bildirib ki, AİF-in əməliyyatlarının sayı 2016-cı ildə azalsa da, ilin sonundan etibarən yenidən təşkilatlanma prosesindən sonra fəaliyyəti bərpa olunub. "Fitch" həmçinin AİF-in reytinqini Azərbaycanın suveren reytinqinə ("BB+"/neqativ) uyğun yeniləyib. Agentlik bunu, Fondun dövlətlə sıx əlaqəli və onun nəzarətində olması ilə əlaqələndirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun