"Fitch" agentliyi "Azərenerji" ASC-nin reytinqini açıqlayıb

"Fitch" agentliyi "Azərenerji" ASC-nin reytinqini açıqlayıb
4 May 2017
Mətni dəyiş
"Fitch" beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin kredit reytinqini təsdiq edib.
"Report" xəbər verir ki, "Azərenerji" ASC-nin kredit reytinqi "BB+", proqnozu isə "neqativ" olaraq müəyyən edilib.
"Fitch" açıqlamasında bildirib ki, "Azərenerji"nin kredit reyitinqi onun əsas səhmdarı olan Azərbaycan dövlətinin reytinqinə uyğunlaşdırılıb. Buna səbəb kimi şirkətlə dövlət arasında güclü hüquqi, əməliyyat və strateji əlaqələrin olması amili göstərilib.
Xatırladaq ki, "Fitch" beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin kredit reytinqini 2016-cı il mart ayının 1-də "BBB-" səviyyəsindən "BB+"a endirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun